Peşəkar rus dili tərcümələri
Azərbaycanın təkrarsız dağları - Rus, azərbaycan dili tərcümələri
Azərbaycanın təbii zənginliyi - Rus, Azərbaycan, Türk dili - Нефтяные вышки
Göllər gözəli Göygöl - Rus, azərbaycan dili tərcümələri
EKTtranslate peşəkar tərcümə bürosu

Rus, azərbaycan dili tərcümələri

Keyfiyyətli tərcümə

Keyfiyyətli Şərq dilləri və
Avropa dilləri tərcüməsi

Azərbaycan haqqında məlumat portalı

Azərbaycan möhtəşəmliyi ilə qarşınızda. Rəsmi adı Azərbaycan Respublikası, paytaxtı Bakı şəhəridir. Azərbaycanın bayrağı - Rus, azərbaycan dili tərcümələri Azərbaycan gerbi - Rus, azərbaycan dili tərcümələriAzərbaycanın gerbi və bayrağı sağda göstərilmişdir. Bayraq üç üfüqü zolaqdan ibarətdir: mavi, qırmızı və yaşıl rəngdə. Mavi rəng Azərbaycan
Sevimli Bakı şəhəri - Rus, azərbaycan dili tərcümələri
xalqının türk mənşəli olduğunu, qırmızı rəng cəmiyyətin modern və demokratik yolla inkişafını, yaşıl rəng isə xalqın İslam mədəniyyətinə aidiyyətini göstərir. Qırmızı zolağın ortasında ağ rənglə ay və səkkiz guşəli ulduz çəkilmişdir. Gerbdə və bayraqda yer alan səkkiz guşəli ulduz Azərbaycanın rəsm, zərgərlik və memarlıq sənətlərində ənənəvi Orta Asiya naxışlarından biridir.
Qız qalası - Rus, azərbaycan dili tərcümələri
Şirvanşahlar sarayı - Rus, azərbaycan dili tərcümələri
Gerbin içindəki alov əski əlifbayla yazılmış Allah kəlməsini ifadə edir.
Heç oldunuzmu Azərbaycanda? Əgər oldunuzsa, o zaman yəqin ki qəlbinizdə bu ölkəni yenə görmək istəyi və ilıq xatirələr yaşayır. Əgər olmadınızsa mütləq bu gözəl ölkəni gəzməyi tövsiyə edirik.
Batabat dağları və Batabat gölü - Rus, azərbaycan dili tərcümələri
Sevimli Naxçıvan - Mömine Xatın türbəsi - Rus, azərbaycan dili tərcümələri
Bu diyarın əvvəllər və əslində indi də Odlar yurdu adlandırılması təsadüfi deyil. Odlar yurdu adı yalnız zəngin neft ehtiyatı ilə deyil, tarixi ənənələrlə də bağlıdır.
Azərbaycan xəitəsi - Rus, azərbaycan dili tərcümələri
Azərbaycan rəqsi - Rus, azərbaycan dili tərcümələri

Atəşgah - Suraxanıdakı Atəşpərəstlər məbədi - Rus, azərbaycan dili tərcümələri
Bakı qalası İçərişəhər - Rus, azərbaycan dili tərcümələri
Azərbaycanlıların sələfləri atəşpərəst olmuşlar. Bunun təsdiqi tarixi abidələrdə, qaynaqlarda və xalq ənənələrində öz əksini tapır. Azərbaycanı, ilk öncə paytaxtı gəzərkən bunun çox şəhadətini görəcəksiniz. Azərbaycanın ən qədim şəhərlərindən biri Naxçıvandır. O bir vaxt Şərqin Qapısı adlanırdı. Çünki hələ b.e.ə. II əsrdə fəaliyyət göstərən, qədimdə məşhur İpək yolu, məhz bu qədim şəhərdən keçərək, ona Şərqin qapısı adı vermilməsinə səbəb olmuşdur. Solda möhtəşəm eşq adidəsi olan Naxçıvan şəhərindəki şahanə Mömine Xatın şərəfinə XI əsrdə tikilən türbəni görürsünüz. Şəkili böyüdərək, daşda naxış və rənglərlə yazılmış məhəbbət və vəfa əfsanəsini oxuyun. Əbədi eşq simfoniyasından zövq alın, misilsiz Şərq memarlığının daş səhifələrində həkk olunmuş bədii sənət əsəri ilə yaxından tanış olun. Saytın aşağısında bu abidənin divar naxışlarından böyüdülmüş fraqment gətirilmişdir. 10 üzü olan abidənin heç bir üzü o birini təkrar etmir, amma birlikdə sənət stili vəhdəti yaradır. Bir-birinə bənzəyir ancaq eyni deyil, məhəbbətin səhifələri kimi...
Bu torpaqda hər şəhərin şanlı tarixi, xüsusiyyətləri və çaları var. Qəhrəman Şuşa qalası, Azərbaycanın fəxri Gəncə, Zaqatala, Lənkəran, Astara, Ağdam, Zəngilan, Laçın onların cüzi hissəsidir...Burada Siz keçmiş əsrlərin tarixiylə təmasda ola bilərsiniz, memarlıq abidələrini seyr edə bilərsiniz, qumlu sahilli rahat kurortlarda istirahət edə, çiçəklənən tarlaları gəzə, mirvari dənizə dala, yamacları meşəli yüksək dağlara çıxa bilərsiniz. Özündə tarix və müasirliyi birləşdirən heyran edici diyar - Azərbaycanın görməli yerləri Sizi laqeyd qoymaz!Azərbaycanın gözəl dağları - Rus, azərbaycan dili tərcümələri Azərbaycanı gəzərkən Siz onun görməli yerləri, nadir, təəccüb və heyran edici təbiətlə tanış olacaqsınız, sıra-sıra üsulluca bir-birinə keçən dağlardan, düzlərdən, dərələrdən, çöllərdən dəyişən bölgələrdən keçəcəksiniz. Yandırıcı istidən ürəyi oxşayan dağ havasına varacaqsınız. Bəzi dağların şimal yamaclarında yayda belə qar ərimir, halbuki düzlərdə bu vaxt hərarət 40°С keçir. Azərbaycanın kurortları, nadir profilaktika və müalicə metodlu məşhur müalicəxanaları, həm bahalı, həm ucuz otelləri, səfalı yerləri, ölkəni səyahətlə bağlıdır. Burada əmsalı olmayan milli mallarla dolu Şərq bazarları özünüzə, yaxınlara və tanışlara hədiyyələr seçə, yerli yeməkləri dada, insanlarla və adətlərlə tanış ola bilərsiniz. Bu gözəl ölkəni gəzərkən, onu nə qədər heyran edici və cazib olduğuna əmin olarsınız! Ancaq başdan deyək ki, “vəhşi turizm” burada bəyənilmir. Tanışlarınıza qonaq olaraq və ya qruplar daxilində gəlmək daha məsləhətlidir.
Bakı, Əjdərbəy mescidi (Göy məscid, 1912) - Rus, azərbaycan dili tərcümələri
Azərilər açıq və saf dostluğu qiymətləndirirlər!
Azərbaycanın sahəsi 86.600 kv. km-dir, əhalisi 10 milyon adama yaxındır (2016 məlumatına görə).
Dövlət dili: Azərbaycan dili, əlifbası - latın. Dini: İslam. Pul vahidi Azərbaycan manatı (AZM): 1 manat = 100 qəpik. ABD dollarına nisbəti: 1 AZM təxminən 0,55$ edir. İnternet ərazisi: .az
Azərbaycanın dağları, təbiəti, gözəlliyi - Rus, azərbaycan dili tərcümələri
Qayğısı, şəfqəti əvəzsiz Azərbaycan Anası - Rus, azərbaycan dili tərcümələri
Telefon kodu: +994 Vaxt: GMT + 4 saat (indi Moskva və Minsklə birdir). Yay vaxtı 27.03.2017-dən qaldırılır. Xarici valyuta, yol çekləri Azərbaycan manatına bütün banklarda dəyişdirilir. Bundan başqa, hər yerdə tapılan rəsmi dövlət dəyişmə məntəqələrində valyuta dəyişdirmək olar. Dəyişim qəbzini ölkədən çıxana qədər saxlamaq faydalıdır. Orda-burda fərdi şəxslər vasitəsiylə valyuta dəyişdirənlər aldanış hədəfi olmağa və qanun məsuliyyətinə cəlb olunmağa risk edir. Mehmanxanalarda kredit kartı ilə ödəmələr adi haldır. Ancaq əvvəlcədən Sizin kartınız qəbul ediləcək mi öyrənmək məsləhətdir. Mühüm iş mərkəzlərində, böyük mağazalarda, metro stansiyalarında bankomatlar var, onlar nağd pul almağa imkan verir. Milli bayramlar
Yeni il 1 yanvar
Milli memarlıq əsərləri naxışlarından fraqment - Rus, azərbaycan dili tərcümələri
Beynəlxalq qadınlar bayramı martın 8
Novruz bayramı 20-21 mart
Günlər
Qələbə günü 9 may
Respublika elanı 28 May
Milli Qurtuluş 15 İyun
Milli ordu 26 iyun
Dövlət müstəqilliyi 18 oktyabr
Konstitusiya 12 noyabr
Milli Dirçəliş 17 noyabr
Dünya azərbaycanlılarının həmrəyliyi 31 dekabr
Dini bayramlar
Ramazan bayramı ay təqviminə görə təyin olunur
Qurban bayramı (Ramazandan 70 gün sonra)
Xatirə günləri
Ümumxalq hüzn günü 20 yanvar
Xocalı soyqırımı günü 26 fevral
Azərbaycanlıların Soyqırımı Günü 31 mart.

İnternetdə Azərbaycan haqqında xeyli material vardır. Biz də Sizə hər hansı faydalı olacaq məlumat verməyə şad olarıq. Biz rus, azərbaycan dili tərcümələri və Avropa dillərindən peşəkar tərcümə edirik. Oxuduğunuz yazı ilk növbədə büromuzun müştəriləri olan xarici vətəndaşlar üçün nəzərdə tutulmuşdur və dil öyrənmək üçün istifadə edilə bilər.