Peşəkar rus dili, şərq və qərb dilləri tərcümələri EKTtranslate Studio
EKTtranslate Studio peşəkər tərcümələr EKTtranslate peşəkər tərcümələr bürosu
Şərq dillərinə peşəkar tərcümələr
Avropa dillərindən peşəkar tərcümələr

Tərcümələr xidməti və apostil

Sənədlərin leqallaşdırılması - Haaqa Konvensiyası

Beynəlxalq hüquq təcrübəsində dövlət orqanları və fərdi şəxslər, və əlbəttə, onlra xidmət edən hüquqçular başqa ölkələrdən gələn sənədlərin təsdiqi və tərcüməsi ilə qarşılaşmalı olurlar. Tipik misal: xarici dövlətdə təmsilçilik açan şirkət, o ölkənin dövlət qeydiyyatı aparan orqanlarına müxtəlif quruluş sənədləri dəsti təqdim etməlidir. Həmən şirkət xarici ölkə bankında hesab açmaq istəsə, bu banka öz sənədlərini təqdim etməlidir, və s.

Aydındır ki, yabançı sənədlər potensial problem mənbəyidir. Tutalım ki, İsveçrə bankının hüquqçuları, İsveçrə şirkətinin sənədlərinin tipini, qanuniləşdirmə üsullarını gözəl bilirlər və s. Amma, nə etməli, əgər bu bankda xarici şirkət hesab açmaq istərsə? Adətən bu problem səfir təsdiqi vasitəsi ilə həll olunur. Yəni, şirkətin sənədləri əvvəcə qeydli olduğu yedə, sonra da konsulluqda və ya səfirlikdə təsdiqləndirilməlidir. Bu əməliyyat yabançı dokumentin leqallaşdırılması (qanuni qüvvət verilməsi) adlanır. Eyni nəticə sənədin konsulluq xidməti tərəfindən leqallaşdırılması ilə də alınar. Ancaq, konsulluqlar adətən belə təsdiqlərə həvəslə baxmırlar.

Əvvəcə elə gələ düşünmək olar ki, burada elə bir mürəkkəb şey yoxdur, amma əslində, əməliyyatın ümumiyyətlə gözlənilməyən uzun süründürməçiliklə nəticələnməsi ehtimalı var. Birincisi, konsulluq arayışları deyil, hər hansı məlum vəzifəli şəxsin imzasını təsdıq edir. İkincisi, sənədin təsdiqinə çox zaman istər Xarici İşlər Nazirliyincə, istər sə də Konsulluqca vəzifədən kənar iş kimi baxılır. Bu səbəblə, təsdiqləmə çox uzun zaman sürə bilər.

Məhz sənəd təsdiqinin asanlaşdırılması və vahid sistemə gətirilməsi üçün 5 Oktyabr 1961

Haaqa Sazişi

imzalanıb. Sözləşmə Haaqa’da fərdi şəxs qanunları istiqamətində daimi çalışan beynəlxalq qanunverici təşkilat çərçivəsində imzalanmışdır. Sazişin rəsmi adı "Xaricdən gətirilən sənədlərin konsuliuq təsdiqinin ləğvi Sazişidir".

Təsdiqləmə işinin məziyyəti sənədə mənşəy ölkəsində adına "Apostil" deyilen (hərfi mənası - "yazı" deməkdir) xüsusi bir sertifikat əlavə edilməsidir. O, kvadrat möhür və ya ayrıca kağız şəklində olar. Sertifikatnın Saziş tələblərincə standart gorünüşü olmalı, icində nömrələnmış şəkildə mənşəy ölkəsi, imzalayan şəxsın vəzivəsi, təsdiq yeri və tarixini, qeyd nömrəsi məlumatları və səlahiyyətli məqamın möhürü olmalıdır. Sertifikatnın üst küncündə mütləq "APOSTILLE (Convention de la Haye du 5 octobre 1961)" yazısı olmalıdır.

Hər ölkə belə təsdiqə səlahiyyəti olan dövlət məqamı təyin edir. Ümumiyyətlə bu məqam Ədliyyə Nazirliyi olur. Azərbaycanda inzibati nümayəndələr, icra hakimiyyəti və şöbələri də bu səlahiyyət sahibidir. Evrakta, Haaqa Sazişini iştirakçısı hər hansi ölkə mənşəli apostil təsdiqi varsa, başka dövlətdə istifadə olunması üçün digər təsdiqə gərek qalmır. Ancaq bəzi ölkələrdə sənədin tərcüməsi lazım olur və ona görə Sizə tərcümələr xidməti lazəm ola bilər.

Sözləşmə şərtlərincə apostil vurulması (bu proses çox zaman tərcümələr lə əlaqədardır) lazım olacaq yalnız rəsmi sənədlərdir, yəni dövlət səlahiyyətlisinin imzaladığı sənədlər, notarius arayışları və d. Bu üsulla yalnız sənədi imzalayan vəzifəli şəxsın, notariusun imzasının qüvvədə olduğu təsdiqlənir. Təsdiqləmə sənədin məzmununu təşkil edən məlumata aid deyil və bu heç söz mövzusu da deyildir. Məlumatların məsuliyyəti sənədi düzəltmiş olan şəxsə düşür. Tərcümələr isə leqallaşmadan sonra yaxud, notariusdan da sonra ola bilər. Bizim tövsiyyəmiz - sənəd tam hazır olduğu zaman tərcümə edilməlidir.


Xarici sənədlərdə nə təsdiq, nə də apostil istənməyən hallar da vardır. Bunun üçün iki ölkə arasında xüsusi təsdiqi ləğv edən əlavə müqavilə olamsı lazımdır. Bu halda sənədlərin mənşəy ölkəsində qanun təlebincə təsdiq olunduğu düşünülür.

Məsələn, Minsk'də 22 Yanvar 1993 tarixində Müstəqil Dövlətlər Birliği çəçivəsində imzalanmış (28 Mart 1997-də dəyişikliklər edilmış) olan SMüqavilə. Müqavilənin tam adı "Vətəndaşlıq, ailə və cinayet işlərində qarşılıqlı hüquqi yardım Müqaviləsi"dir. Müqavilədə çox maddələr yer almış, bizi maraqlandıran yalnız 13-cü maddədir (sənədlərin hüquqi qüvvəyə girməsi şərtləri). Maddənin məzmununu izah edən birinci bəndi aşağıda gətirilmiştir:

"Müqavilə imzalamış ölkələrdən birinin ərazisində məlum bir şəkildə düzəldilərək, səlahiyyətli dövlət məmuru tərəfindən təsdiq olunmuş və gerbli möhürlə təsdiqlənmiş sənədlər, digər müqavilə iştirakçısı dövlət ərazisində əlavə xüsusi təsdiqi tələb olunmadan qəbul edilir və qüvvədədir."

Rəsmi arayışlar, konsulluq təsdiqindən və ya apostil vurulmasından sonra, və ya öz arlarında müqaviləsı olan ölkələrin daxili qaydalarınca təsdiqindən sonra, başqa dövlət ərazisində istifadə edilə bilər. Amma bəzən bu arayışların notarius təsdiqli tərcüməsini istəyirlər. Məhz sənəd+təsdiq+notariuslu tərcümə edilmiş sənədlər artıq digər ölkə ərazisində sərbəst istifadə olunar, yəni onların notarius təsdiqli surətini çıxartmaq olar, rəsmi məqama, banka və ya digər məqamlara təqdim etmək olar. Dediyimiz kimi, tez-tez sənədlərə tərcümələr lazımdır.

Haaqa Sazişi ölkələrinin siyahısını öyrənərkən, bəzən beynəlxalq ticarətdə maraqlı ola biləcək hüquqi vahidlərin müstəmləkə və ya asılı dövlətlər içində, misal, Britaniya'ya aid Virgin adaları (BVA), Cəbəltariq, Hollandiya Antil adaları və s. olacağı da gözə alınmalıdır. Çox zaman, deyək ki BVA-da təsdiq olunmuş sənədlər, ümumi qaydalarda başqa ölkələr tərəfindən qəbul ediləcəkdir. Amma, bu sənədin, misal, İspanya'da qəbul ediləcəyi şübhə doğurur, çünki İspanya söz gedən müqavilənın Cəbəltariq üçün istifadə edilərkən tanımayacağı haqqında rəsmi elan etmişdir.

Hüquqi yardım Müqaviləsiinə gəlincə, bəzən aralarında həmin sözləşmənin olmasına rəğmən, hər hansi bir ölkə siyasi tənzimləmələr məqsədiylə sənədə apostil vurulmasını tələb edirlər. Təbii ki, bu tələbə mübahisə edə bilərsiniz, beynəlxalq müqavilələrin yerli məqam qərarlarından üsünlüyünü isbat etməyə çalışa bilərsiniz. Amma bizce apostil vurulması daha asandır (tezdir).

Yekun olaraq qeyd edək ki, sənədlərin təsdiqi və tərcüməsi işində anlaşılmazlıqlardan qaçıla bilməsi üçün apostilin digər təsdiq növlərindən fərqli olduğu nəzərə alınmalıdır. Əğər təsdiqin şəkli Haaqa Sazişi tələblərinə tam uymursa - bu apostil deyildir. Və belə təsdiqli hər sənədin mütləq Saziş iştirakçısı digər dövlətlər tərəfindən qəbul ediləcəyi zəmanət deyildir. Qarşılıqlı hüquqi yardım müqaviləsi iştirakçıları bu məsələni aradan qaldırmışlar.