EKTtranslate Studio peşəkər tərcümələr EKTtranslate peşəkər tərcümələr bürosu
Şərq dillərinə peşəkar tərcümələr
Avropa dillərindən peşəkar tərcümələr

Rusiya Federasiyası

Rusiya Avropanın şərqində, Asiyanın şimalında yerləşərək, Avrasiya ərazisinin 1/3 tutur. Rusiyanın Ural dağlarının qərbidəki ərazisi (ərazisinin 23%) Avropada yerləşir, Uralın şərqində yerləşən Asiya ərazisi isə Sibir adlanır. Rus dili tərcümələri: Spasskaya bashnya Rus dili tərcümələri: Kamçatka Rusiya sərhədlərinin uzunluğu 60,9 min km, onun 38 800 km-si dəniz sərhədləridir. Quruda Rusiya Çin, Monqolstan(3400 km), Ukraina, Finlandiya, Belarus, Azərbaycan (350 km), Gürcüstan və digər dövlərlərlə, dənizdə Yaponiya və ABŞ-la həmsərhəddir. Sol şəkildə məhşur ağcaqayin meşəsi, sağda Kamçatka yarımadasından bir mənzərə görürsünüz (Ayılara diqqət edin).

Rusiyanın paytaxtı və ürəyi Moskvadır

. O müasir meqapolislər içində özünə layiq yer tutur. Əhalisi 20 milyona yaxınlaşır. (Rəsmi məmbəylərin məlumatına görə Moskvanın əhalisi 12 milyondan çoxdur. Bundan əlavə şəhərdə 2 milyondan artıq müvəqqəti işçi, çox sayda səyyah və qeydiyyatsız yaşayan sakinlər vardır). Moskvada yüzlərcə, minlərcə görməli yerlər var. Qısa zaman içində hamısını gəzmək mümkün deyil. İlk növbədə səyyahları maraqlandıran yerlər xaricində başqa maraqlı yerləri də vardır.
Rus dili tərcümələri: Moskva böyük kreml sataryı

Başdakı şəkildə Moskvanın mərkəsində yerləşən Kremlin çay kənarından görünüşü, sol şəkildə isə Kremlin 9 qala qullələrindən ən mühümü olan Spasski qülləsini görürsünüz (Rus dilində adı Kremlyovski kurantı olan məhşur musiqili saat buradadır). Ümumiyyətlə Moskvanın Mərkəzi dedikdə birinci növbədə Kreml, Qızıl meydan və Aleksandr bağı nəzərdə tutulur. Buraya çıxış irəlidə sayılan metro stansiyalarından birinin vasitəsi ilə ola bilər. "Teatralnaya", Rus dili tərcümələri: Nəqliyyat tıxacları"Oxotnı ryad", "Aleksandrovski sad" (Aleksandr bağı), "Borovitskaya", "Arbatskaya", "Ploşçad revolyusii " (İnqlab meydanı) və ya "Biblioteka" (Mərkəzi kitabxana). Yeri gəlmişkən deyək ki, Moskva metrosu sənət və texnika əsəridir. (Metro sxeması rəmzi şəkildə solda göstərilib, istənilən metro stansiyasının hər yerində görə bilərsiniz). Kreml qrupundakı ikinci böyük qüllə "Nikolskaya başnya"-dır. Rus dili tərcümələri: Moskow metro Rus dili tərcümələri: Vasili Blajennı kilsəsi Günümüzdə Kreml həm Rusiya prezidentinin iş yeri, həm də qoruq-muzeydir. Kreml ərazisinə giriş yalnız buraxılış vəsiqələri ilədir. Kremlin mərkəz hissəsində "Sobornaya ploşçad" (Kilsələr meydanı) yerləşir. Böyük kilsələr - Uspenski, Arxangelski və Blaqoveşçenski kilsələridir. Onların yaxınlığımda məhşur "Qranovitaya palata" (saray) və "Patriarşaya palata" (Yüksək din sarayı) vardır.

Moskvanın ən gəzilən yerlərindən biri

Qızıl meydandır

. Bura həmişə səyyahlarla bərabər yerli sakinlərlə doludur. Meydanın bir tərəfi Kremlə dayanır, bir tərəfində, Kremlin giriş qapısı önündə rəngarəng Vasiliy Blajennı kilsəsi (soldakı şəkil), Kremlin qarşısında məhşur QUM marketi yerləşir. Köhnə küçələr ya ulduz Rus dili tərcümələri: Moskvaya təyyarədən baxış Rus dili tərcümələri: Böyük teatrşəklində Qızıl meydanandan çıxır, ya da onun ətrafinda qövs şəklində yerləşir. Sağdakı şəkildə gördüyünüz fraqment Böyük dövlət teatrı (Bolşoy) binasına aiddir. Teatr Qızıl meydana yaxındır.

Moskvanın çox tarixi binaları var. Və sürətlə yeni binalar tikilməkdədir. Qızıl meydan ilə ayaqla gediləcək məsafədə maşın girməyən köhnə Arbat və onun paralelelində şəhərin ən gözəl prospektlərindən biri olan təmtəraqlı yeni Arbatı görürsünüz (soldalkı şəkillər). Rus dili tərcümələri: əski köhnə Arbat Rus dili tərcümələri: Yeni Arbat Yeni Arbatdan Smolensakaya meydanına gedərkən yolununuz dünyanın iləlidə sayılan bahalı şəhərləri içində otellərin ən bahalısı olan Prezident otelininin yanından keçəcək. Ümumiyyətlə, Moskva bəlkə də dünyanın ən bahalı şəhəridir. Ona görə, Moskvaya gedərkən cibinizi geniş tutun!

Gecə Moskvasının öz gözəlliyi var. Sonuz sayda konsert salonları, teatrlar, kino salonları, çoxu sabaha qədər çalışan restoranlar, kafelər, digər əyləncə yerləri turistləri maqnit kimi cəlb edir. Amma, gecə də, gündüz də şərqdən gələn qardaşlarımıza Rus dili tərcümələri: Ukraina mehmanxanası Rus dili tərcümələri: Gecə Moskvası ehtiyyatlı davranmağı tövsiyə edirik. Mehman sevər nazlı Moskva gözəlləri və onların yadları sevməyən çoxsaylı arxadaşları təhlükəli də ola bilər...

Nəqliyyat problemindən bəhs etməsək Moskva haqqındakı hekayəmiz tam olmaz. Moskvanın nəqliyyat tıxacları haqqında nağıllar danışıla bilər. Adi moskvalı hər günün müəyyən qismini tıxaclarda gözləmək məcburiyyətindədir (Saytın yuxarısında nəqliyyat örnəyi göstərilmişdir).

Əhəmiyyətinə və böyüklüyünə görə Rusiyanın ikinci şəhəri Sankt-Peterburqdur. Bir zamanlar birinci olan. Sankt-Peterburqa boşuna "körpülər şəhəri" demirlər. Doğrudan da Sankt-Peterburq və ətrafında 500-dən çox körpü var. Şəhərdə 68 axar su mənbəyi var (çay, kanal və qolları) ki, onlar şəhəri 42 adaya bölürlər. Rus dili tərcümələri: Neva körpüsü Rus dili tərcümələri: Petropavlovsk qalası Hər adadan heç olmazsa bir ədəd yekə və ya balaca körpü salınmışdır. Aniçkov adlı körpü Fontanka çayını Nevski prospektində kəsir. Körpünü sonra Piterin simvolu olmuş əhilləsdirilmiş at heykəli bəzəyir. Voznesenski körpüsü, Grenadyor körpüsü, Misir körpüsü (Yeqipetski), Daş körpü, Şirrlər körpüsü, Obuxov körpüsü, Öpüşlər körpüsü, Göy körpü, Teatral körpü bunların məhşur nümunələridir. Yazda, adətən Apreldə Neva çayında hərəkət açılır və təxminən 10 Noyabra qədər davam edir. Bu dövrdə gecələr Peterburq körpüləri qaldırılır və şəhər üç hissəyə bölünmüş olur: şimal səmti, cənub səmti və Vasilyev adası. Körpülərin açılış-qapanış rejimi fərqlidir.

Sankt-Peterburqun da yetərli qədər görməli yerləri var. Şəkillərdə Petropavlovsk qalası, İsakiyevski kilsəsi və Saray meydanı görünür. Bir də Sankt-Peterburqun fərdi əlaməti bəyaz gecələrdir. Onlan yay mövsümünə düşür. Rus dili tərcümələri: Saray meydanı Rus dili tərcümələri: Kafedral kilsə

Digər görkəmli şəhərlər: Anapa, Arzamas, Arxangelsk, Valday, Vıborq, Gelincik, Dombay, Yelabuqa, Zelenoqradsk, Qasımov, Murom, iki Novqorod, Novosibirsk, iki Rostov, Samara, Smolensk, Soçi, Suzdal, Tolyatti (Jiquli şəhəri), Ulan-Ude və başqaları. Rus dili tərcümələri: rus qışı

Böyük vilayət mərkəziləri və muxtar respublikalar: Bryansk, Voloqda (Voloqodskaya), İvanovo, İrkutsk, Kalininqrad, Kastroma, Krasnodar, Murmansk, Nijeqorod, Pskov, Sankt-Peterburq, Tula (tüfəng şəhəri), Tver, Yaroslavl (Yaroslavskaya) və həmçinin Kareliya Respublikası, Tatarstan.

Relyefi nə qədər dəyişikdir: dağları, düzləri, dərələri var. Dənizləri: Baltik dənizi, Azov dənizi, Qara dəniz.
Ərazisinə görə Rusiya dünyada ən böyük dövlət olsa belə, iqlim-torpaq şərtləri təsərrüfatla məşqul olmağa imkan vermir. Temeperatur dəyişimi yayda +1° lə + 25° C, qışda -6° ilə -50° C arasındadır. Dünyanın ən dərin gölü Baykal, Avropada ən yüksək zirvə Elbrus, ən uzun çay Volqa, göllərdən ən böyüyü Ladoga və şimal yarımkürəsinin ən soyug nöqtəsi Oyməkon Rusiyadadır.

İnternetdə Rusiya haqqında xeyli miqdarda saytlar mövcuddur. Bizim tərcümə büromuz müştərilərimizə faydalı ola biləcək məlumatları məmnunlukla bildirər. Və məmnuniyyətlə peşəkar tərcümə xidmətləri göstərərik, keyfiyyətli tərcümələr edərik.