Bakı və Azərbaycan haqqında məlumat portalı
Azərbaycan möhtəşəmliyi ilə qarşınızda. Rəsmi adı Azərbaycan Respublikası, paytaxtı Bakı şəhəri dir.
Azərbaycanın gerbi və bayrağı sağda göstərilmişdir. Bayraq üç üfüqü zolaqdan ibarətdir: mavi, qırmızı və yaşıl rəngdə. Mavi rəng Azərbaycan xalqının türk mənşəli olduğunu, qırmızı rəng cəmiyyətin modern və demokratik yolla inkişafını, yaşıl rəng isə xalqın İslam mədəniyyətinə aidiyyətini göstərir. Qırmızı zolağın ortasında ağ rənglə ay və səkkiz guşəli ulduz çəkilmişdir. Gerbdə və bayraqda yer alan səkkiz guşəli ulduz Azərbaycanın rəsm, zərgərlik və memarlıq sənətlərində istifadə edilən ənənəvi Orta Asiya naxışlarından
biridir.
Gerbin içindəki alov əski əlifbayla yazılmış Allah kəlməsini ifadə edir.
Azəricə bilən oxucular arasında Azərbaycanda olmayanlar az tapılar və ölkəni gəzmiş olan hər kəsin qəlbində, şübhəsiz, Azərbaycanı yenə də görmək istəyi və ilıq xatirələr yaşayır. Əgər Azərbaycanı görməyənlər varsa, mütləq bu gözəl ölkəni gəzməyi tövsiyə edirik.
Bu diyarın əvvəllər və əslində indi də
Odlar yurdu adlandırılması təsadüfi deyil.
Odlar yurdu adı yalnız zəngin neft ehtiyatı ilə deyil, tarixi ənənələrlə də bağlıdır. Azərbaycanlıların sələfləri atəşpərəst olmuşlar. Bunun təsdiqi tarixi abidələrdə, qaynaqlarda və xalq ənənələrində öz əksini tapır. Azərbaycanı, ilk sırada paytaxtı
Bakı şəhəri olmaqla, gəzərkən bunun çox şəhadətini görəcəksiniz. Azərbaycanın ən qədim şəhərlərindən biri Naxçıvandır. O, bir vaxt Şərqin Qapısı adlanırdı. Çünki hələ b.e.ə. II əsrdə fəaliyyət göstərən, qədimdə məşhur İpək yolu, məhz bu qədim şəhərdən keçərək, ona Şərqin qapısı adı vermilməsinə səbəb olmuşdur. Aşağıda möhtəşəm eşq adidəsi olan Naxçıvan şəhərindəki şahanə Mömine Xatın şərəfinə, XI əsrdə tikilən türbəni görürsünüz. Düşmənlər türbəni çox dəfə yıxmaq cəhdlərində olmuşlar. stalin quldurları hətta buldozerlə dağıtmaq istəmişlər. Allaha şükür, dişləri batmamış. Şəkili böyüdərək, daşda naxışla, rənglə yazılmış məhəbbət və
vəfa əfsanəsini oxuyun. Əbədi eşq simfoniyasından zövq alın, misilsiz Şərq memarlığının daş səhifələrində, Şərqin böyük memarı, Naxçıvan oğlu Əbubəkr Əcəmi tərəfindən həkk olunmuş bədii sənət əsəri ilə yaxından tanış olun. Saytın aşağısında bu abidənin divar naxışlarından böyüdülmüş fraqment gətirilmişdir. 10 üzü olan abidənin heç bir üzü o birini təkrar etmir, amma birlikdə sənət stili vəhdəti yaradır. Bir-birinə bənzəyir ancaq eyni deyil.
Məhəbbətin səhifələri kimi...
Bu torpaqda hər şəhərin şanlı tarixi, xüsusiyyətləri və çaları var. Qəhrəman Şuşa qalası, Azərbaycanın fəxri Gəncə, Zaqatala, Lənkəran, Astara, Ağdam, Zəngilan, Laçın onların cüzi hissəsidir...Burada Siz keçmiş əsrlərin
tarixiylə təmasda ola bilərsiniz, memarlıq abidələrini seyr edə bilərsiniz, qumlu sahilli rahat kurortlarda istirahət edə, çiçəklənən tarlaları gəzə, mirvari dənizə dala, yamacları meşəli yüksək dağlara çıxa bilərsiniz. Özündə tarix və müasirliyi birləşdirən heyran edici diyar - Azərbaycanın görməli yerləri Sizi laqeyd qoymaz!
Azərbaycanı gəzərkən Siz onun görməli yerləri, nadir, təəccüb və heyran edici təbiəti ilə tanış olacaqsınız, sıra-sıra üsulluca bir-birinə keçən dağlardan, düzlərdən, dərələrdən, çöllərdən dəyişən bölgələrdən keçəcəksiniz.
Yandırıcı istidən ürəyi oxşayan dağ havasına varacaqsınız. Bəzi dağların şimal yamaclarında yayda belə qar ərimir, halbuki düzlərdə bu vaxt hərarət 40°С keçir. Azərbaycanın kurortları, nadir profilaktika və müalicə metodlu məşhur müalicəxanaları, həm bahalı, həm ucuz otelləri, səfalı yerləri çoxdur. Azərbaycanın məşhur bazarları Şərqdə özünə layiq yer tutur. Burada Siz əmsalı olmayan milli mallar içində həm özünüzə, həm də yaxınlarınıza hədiyyələr seçə bilərsiniz, insanlarla və adətlərlə tanış ola bilərsiniz.
Azərilər açıq və saf dostluğu qiymətləndirirlər. Azərbaycan gözəl olduğu qədər də qonaqpərvərdir. Qeyd edək ki, “vəhşi turizm” burada bəyənilmir. Tanışlarınıza qonaq olaraq və ya qruplar daxilində gəlmək daha məsləhətlidir. Sizə süfrə açarlar, ən gözəl yeməklər verərlər, ləzzətli ətirli çay içirdərlər, aparıb hər yeri gəzdirərlər. Orta Bakı ailəsi ildə 3000 litrdən çox çay içir. Bakıda qonaq
olmaq və təkrarsız Bakı çayının dadına baxmadan getmək mümkün deyil. Bu sözləri bütün Azərbaycana da aid edə bilərik.
Azərbaycanın sahəsi 86.600 kv. km-dir, əhalisi 10 milyon adama yaxındır.
Dövlət dili: Azərbaycan dili, əlifbası - latın.
Dini: İslam.
Pul vahidi Azərbaycan manatı (AZM): 1 manat = 100 qəpik. ABD dollarına nisbəti: 1 AZM təxminən 0,60$ edir.
İnternet ərazisi: .az dir.
Telefon kodu: +994
Saat qurşağı: GMT + 4 (Moskva və Minskə görə 1 saat irəli). Yay-qış dəyişimi yoxdur.
Xarici valyuta, yol çekləri Azərbaycan manatına bütün banklarda dəyişdirilir.
Bundan başqa, hər yerdə tapılan rəsmi dövlət dəyişmə məntəqələrində valyuta dəyişdirmək olar. Dəyişim qəbzini ölkədən çıxana qədər saxlamaq faydalıdır. Orada-burada fərdi şəxslər vasitəsiylə valyuta dəyişdirənlər aldanış hədəfi olmağa və qanun məsuliyyətinə cəlb olunmağa risk edir.
Mehmanxanalarda kredit kartı ilə ödəmələr adi haldır. Ancaq əvvəlcədən Sizin kartınız qəbul ediləcək mi öyrənmək məsləhətdir. Mühüm iş mərkəzlərində, böyük mağazalarda, metro stansiyalarında bankomatlar var, onlar nağd pul almağa imkan verir.
Milli bayramlar
Yeni il 1 yanvar
Beynəlxalq qadınlar bayramı martın 8
Novruz bayramı 20-21 mart
Günlər
Qələbə günü 9 may
Respublika elanı 28 May
Milli Qurtuluş 15 İyun
Milli ordu 26 iyun
Dövlət müstəqilliyi 18 oktyabr
Konstitusiya 12 noyabr
Milli Dirçəliş 17 noyabr
Dünya azərbaycanlılarının həmrəyliyi 31 dekabr
Dini bayramlar
Ramazan bayramı ay təqviminə görə təyin olunur
Qurban bayramı (Ramazandan 70 gün sonra)
Xatirə günləri
Ümumxalq hüzn günü 20 yanvar
Xocalı soyqırımı günü 26 fevral
Azərbaycanlıların Soyqırımı Günü 31 mart.
İnternetdə Azərbaycan haqqında xeyli material vardır. Biz də Sizə hər hansı faydalı olacaq məlumat verməyə
şad olarıq. Biz azərbaycanca, rusca, türkcə tərcümələr və Avropa dillərindən peşəkar tərcümə edirik. Oxuduğunuz yazı ilk növbədə büromuzun müştəriləri olan xarici vətəndaşlar üçün nəzərdə tutulmuşdur və dil öyrənmək üçün istifadə edilə bilər.