

Peşəkar rusca türkcə tərcümə
Avropa dillərinə peşəkar tərcümə
Başqa dünya dillərindən tərcüməTürkiyə haqqında məlumat portalı


dünya incisi İsanbuldur.




Türkiyənin əhalisi 80 milyona yaxındır. Əhalinin böyük əksəriyyətini (80%-ə yaxın) türklər təşkil edir. Burada həmçinin kürdlər, ərəblər, yəhudilər və yunanlar da yaşayır. Dövlət dili – bizim tərcünələr etdiyimiz türk dilidir (türkcə). Təbii ki, bu dil əhalinin çoxuna gğrə doğma dildir. Ərəbcə çox istifadə edilən dildir. Türkiyədə yayılmış dillərdən ingilis, alman və fransız dillərini qeyd etmək olur. Tez-tez rus dilini də eşitmək olar xüsusən Rusiyadan və MDB ölkələrindən gələn turistlər üçün nəzərdə tutulmuş otellərdə. Bəzi turistlərin heç tərcümə problemi yoxdur. Onlar tərcümələr bürolarına müraciət etmədən barmagla, işarə ilə, gözəl xanımlarsa göz qaş vasitəsi ilə "danışırlar".
Dövlət səviyyəsində dəstəklənən din – İslamdır. Əhalinin təxminən 77% – müsəlmanlardır. Türkiyə, İslam qanunlarının yerinə yetirildiyi kifayət qədər dindar ölkədir. Türkiyə eni zamanda həm Asiya qitəsində, həm də Avropa qitəsində yerləşir, kiçik Asiya yarımadasını və Balkan yarım adasının az hissəsini tutur. Qonşu dövlətlər, şimali-qərbdə Bolqarıstan və Yunanıstan, şimali-şərqdə ermənistan və Gürcüstan, şərqdə İran, cənubda İrak və Suriyədir. Ümumi sahəsi 780,6 min kv.km-dir. Səthi əksər yerlərdə dağlıqdır, ancaq düz yerləri də rast gəlinir. Ölkəni dörd dəniz yuyur - Aralıq dənizi, Qara dəniz, Egey dənizi və Mərmərə dənizi. Ölkənin ərazisindən çoxlu çay keçir, duzləri, dənizi vardır.



American Express, Eurocard, Diner’s Club, Visa, Mastercard və digər kredit kartlarından istifadə olun bilər. Yol çekləri ölkənin ərazisində keçmir. Yol çeklərindən istifadə etmək istəsəniz ən yaxşısı məhşur dünya firmaları Amerikan Ekspress və Thomas Cook kimi firmalara güvənin.
- Təxmini qiymətlər:
- qəhvə - 0,5-2,5$;
- çay - 0,2-2$;
- kabab - 1,5-7$;
- orta taksi səyyahəti 3$ yaxın;
- ucuz yemək - 4$;
- restoranda yemək - 6-20$ arası;
Demək lazımdır, ki bazar qiymətləri olduqca dəyişkəndir. Hər zaman ticarət edib, qiyməti düşürmək olar. Və bəzən qiyməti bir neçə dəfə düşürmək mümkündür! Həmçinin şəhərlə kəndlər arasında, böyük şəhərlə kiçik şəhərlər arasında xeyli qiymət fərqi vardır... Daha geniş məlumatı internetdən almaq olar, və əlbəttə ki, bizə də müraciət edə bilərsiniz!
