Şərq dillərinə peşəkar tərcümələr
-Rus, Belarus dili tərcümələri
və digər dil tərcümələri təqdim edirMavi gözlü gözəl Belarus: məlumat portalı
O avropanın mərkəz qismində yerləşir. Ölkə, qərbdə Polşa, şimal-qərbdə Litva, şimalda Latvia, şimal-şərqdə Rusya, cənubda da Ukraina ilə həmsərhəddir. Dövlətin altı vilayəti vardır: Brest, Vitebsk, Qomel, Qrodno, Minsk və Moqilyov vilayəti. Ölkənin paytaxtı Minsk şəhəridir, mövqesinə görə də ölkənin tam ortasındadır.
Təbii ki, Minsk həm də respublikanın ən böyük siyasi, iqtisadi və mədəni mərkəzidir. Minskin əhalisi 2 milyona yaxındır.
Şəhərin gözəl, nəfis yaraşığı var, yaşıllığı, biçimi, su sistemi diqqəti cəlb edir. Minsk tarix səhifələriylə dolu müasir, rahat, çox təmiz bir şəhərlə təbii gözəlliyin vəhdətdir. Hayıf ki, 2-ci dünya müharibəsi zamanı Minsk çoxca xəsarət gördü, qədim tikintilərinin çoxunu qoruya bilmədi. Buna baxmayaraq, tarixdə Minsklə əlaqədar xeyli yazılı səhifə olmaqla bərabər, Minskin çağdaş memarlığı XX əsrin "Ümumdünya ensiklopediyası"nda özünə layiq yer tuta bilmişdir.
Belarus` un çox inkişaf etmiş sənaye sahəsi vardır. Misal üçün, avtomobil, avtobus ve yük maşını istehsal edən “Minsk Avtomobil Zavodu (MAZ)”, mədən qazıntılarına və daş mədənlərində istifadə edilən ağır iş maşınları istehsal edən “BELAZ” və “Minsk” Traktor Zavodu (MTZ). MAZ, BELAZ və MTZ dünya miqyasında tanınmış ticari markalardır.
Ölkədə belaruslardan
əlavə rus, polyak, ukrainalı və digər millət təmsilçiləri vardır. Belaruslar olduqca mehriban və yaxşı insanlardır. Belarusların səbirli olması və zəhmət sevərliyi, xalqın tarix tərəfindən saysız müharibələr imtahanına çəkilməsindən gəlir. Bu ölkədə bol qanlar tökülüb, hər qarış torpaqda müharibə izi qalib. Onları xatırlayarkən belarus ürəyi ancaq qəm hiss etmir, eyni zamanda çox saylı şanlı qələbələri şərəfinə qürurla döyünür. Ancaq heç zaman tarixdə Belaruslar müharibə başlamamışlar. Onlar həmişə qonağa şad olar, hər millətlə mədəni əlaqələr yaratmağa hazırdır.
Müxtəlif sosioloji tədqiqatları zamanı aparılan sorğulama nəticəsində, respondentlərin əksəriyyəti (ən azı 90%)
Belarusların, xeyirxahlıq, işgüzarlıq, səbir, dözümlülük, qanuna tabelik, zəngin mənəviyyat, intellektual maraq və qonaqpərvərlik keyfiyyətlərinə malik olduqlarını göstərmişlər.
Və əksinə, xəsislik, eqoizm, dəyanətsizlik, səhlənkarlıq, səliqəsizlik, qəddarlıq, intizamsızlıq, tənbəllik, lovğalıq tipli xüsususiyyətlər Belarusların əksəriyyətinə yaddır. Görürsünüz, Belarus obrazı yetərli qədər cazib və xoşa gələndir.
Böyük Litva Knyazlığının (BLK) yaradılması olmuşdur (izah etməyə lüzum var ki, indiki Litva dövətinin buraya heç bir aidiyyatı yoxdur). 1529-cu ildə çap edilmiş Böyük Litva Knyazlığının Nizamnaməsi tarixçilərin əksəriyyəti tərəfindən dünyanın ən ilk konstitusiyalarından biri və Avropada isə İlk konstitusiya sayılır. Buradan belarusların qanun sevərliyinin bir səbəbini də çıxartmaq olar - bu xüssə onların qanındadır.Bu cazib diyar özünün mədəni və ədəbi irsi ilə fəxr edə bilər. Yakub Kolas, Yanka Kupala, Maksim Boqdanoviç, Vasil Bıkov - bütün dünyada tanınmış adların yalnız cüzi qismidir. Bu torpaqda şair Adam Mitskeviç və bəstəkar Stanislav Manyuşko doğulmuş və yaratmışdır.
qrupu, akademik baletini tanımayan çətin tapılar. Rəngarəng xalq yaradıcılığı ansamblları içində uşaq-gənclik xor qrupu Krıniçka və rəqs ansamlı Çabarok’u qeyd etmək istərdik - onlar dünya şöhrətini özləri qazanmışlar. Belarusun idman uduzları, dəfələrcə dünya çempionu Aleksey
İqnaşov və "Dəməşq qılıncı"na qalıb gələn azəri oğlu Zabit Səmədov, tenis ustaları Viktoriya Azarenko və Maksim Mirnıy kimi tanınmış adamların təqdim edilməyə ehtiyacları yoxdur.
Ölkənin iqlimi yumşaq kontinentaldır. Qışı o qədər də sərt olmur, rütubətli olur, təkrar olunmaz yazı
rəngarəng çiçək və ətiiriylə insanı valeh edir, ilıq, yaşıl yayı, yağışlı payızı olur. Yanvarın orta temperaturu –4°С lə –8°С arası, İyulun orta hərarəti +17°С və +19°С arasındadır. İqlimi, şərtlərinə görə dənli biktilər, tərəvəz, meyvə ağacları və kolların bitməsidə, xüsusən də kartofel və kətan yetişdirilməsində yüksək dərəcədə əlverişlidir.
Respublikanın relyefi əsasən düzlü və təpəlidir. Dəniz səviyyəsindən orta hündürlüyü - 160 metrədir. Ərazisinin 45%-i kənd təsərrüfatı torpaqları, 36%-i meşələrdir. Belarusda sayısı 20 mini keçən çay və bulaqlar, 11000-ə yaxın göl vardır. Göllərdən ən böyüyü - Naroç gölüdür (sahəsi 80 kv. km).
Belarus meşələri şam, ladin, palıd, ağcaqayın, ağcaqovaq əsas ağac növləri, qızılağac və başqa qiymətli ağac növləri ilə zəngindir. Sayı 200-dən artıq bitki növü dövlət tərəfindən qorunur.
yalnız bununla edilə bilər. Halbuki, psixoloji cəhətdən demək lazımdır ki, Belaruslar daha artıq ABŞ dolları və ya avroya bağlıdır. Valuta dəyişimində deyə bilərik ki, problem yoxdur. Əsas xarici pul vahidi hər şəhərdə, qəsəbədə, və hətta iri kəndlərdə "Belarusbank" və ya kommersiya bank şöbələrində dəyişdirilə bilər.
Belovejskaya meşə qoruğudur (belarusca Puşça)
. Brest vilayətində yerləşən bu qoruğun sahəsi 145 000 hektar ərazini əhatə edir, üç rayonun ərazisi ilə yanaşı Neman, Pripyat və Qərb Bug su hövzəsi üzrəndə yerləşir. Belovejskaya Qoruğunun bir hissəsi də Polşa ərazinə düşür (təxminən 57 min ha). Yaradılış ili 25.12.1939 sayılır. Burada dünyanın ayrı yerində olmayan çox maraqlı Belovejskaya Puşça öküzləri (zubrlar) və həmçinin xeyli miqdarda ayrı heyvanlar yaşayır. Amma Belovejskaya Puşça zubrları (öküzləri) kimi məşur heyvan tapmaq çətindir...
İnternetdə Belarus haqqında xeyli miqdarda saytlar mövcuddur. Bizim tərcümə büromuz müştərilərimizə faydalı ola biləcək məlumatları məmnunlukla bildirər.
Geriyə




Hələ tərcümədən qabaq sənədlərin düzgün tərtib edilməsi barəsində. Biz Sizə tərcümə ilə əlaqədar olan hər mövzuda məsləhət verərik və komək edə bilərik...
tərcümələrin təsdiqi və leqallaşdırılması hansı məqamda və qaydada olur? Notarius tərcüməsi nədir, notariuslar necə işləyir? Sənədin leqal olması üçün nə lazımdır? Hansı hallarda leqallaşdırma lazımdır? Xaricə gedən (oradan gələn) sənədlər haqqında...
Yuxarıya
Cib telefonu
Minsk şəhər telefonu
e - m a i l: